Kamala Harris vitse-prezidentliyə namizəd seçdi

Kamala Harris vitse-prezidentliyə namizəd seçdi
Kateqoriya məlum deyil
T

ABŞ-nin vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Minnesota qubernatoru Tim Voltsu vitse-prezidentliyə namizəd kimi seçib.



Sfera.az xəbər verir ki, bu barədə "CNN" öz mənbələrinə istinadən məlumat yayıb.



“Vitse-prezident Kamala Harris həmkarı ilə bağlı qərar qəbul edib. Proseslə tanış olan dörd nəfər onun Minnesota qubernatoru Tim Voltsu seçdiyini təsdiqləyir”, - telekanal bildirib.



Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.



Keçmiş prezident Donald Trampın Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizədliyi rəsmən irəli sürülüb. Ohayo ştatından olan senator Cey D.Vans onunla birlikdə vitse-prezidentliyə namizəd kimi təsdiqlənib.

İnci
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR