Tramp: "Putin və Zelenskini bir araya gətirəcəm"

Dünya
23:05 / 05.08.2024
4153
Keçmiş prezident və Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp "Kick" striminq platformasında yayımçı Edin Rossa müsahibəsində bildirib ki, noyabrda keçiriləcək seçkilərdə qalib gələrsə, dərhal Rusiya liderləri Vladimir Putin və Ukrayna Volodimir ilə şəxsən əlaqə saxlayacaq.
Sfera.az xəbər verir ki, Tramp Zelenski və Putini danışıqlara başlamağa çağırıb.
“Seçkilərdə qalib gəlsəm, ilk iş kimi Putin və Zelenski ilə əlaqə saxlayacağam, - mən ikisini də yaxşı tanıyıram - və onların bunu etmələrini təmin edəcəm (sülh danışıqlarına başlamaq ”, - deyə siyasətçi bildirib.
İnci
Sfera.az