Uşaqların öldürülməsindən sonra iğtişaşlar: Miqrantlara qarşı kütləvi etirazlar başladı


Uşaqların öldürülməsindən sonra iğtişaşlar: Miqrantlara qarşı kütləvi etirazlar başladı

Böyük Britaniyanın Sautport şəhərində amerikalı müğənni Teylor Sviftin əsəri əsasında təşkil olunmuş rəqs ustad dərsində üç uşağın öldürülməsindən sonra etirazlar başlayıb.


Sfera.az xəbər verir ki, etirazlar bütün ölkədə şiddətli nümayişlərə çevrilib. Böyük Britaniyanın bir çox şəhərlərində miqrantlara qarşı kütləvi etirazlar keçirilir. Qeyd edək ki, ölkədə sonuncu dəfə 2011-ci ildə iğtişaşlar olmuşdu.



Onu da qeyd edək ki, iğtişaşlara səbəb olan faciə iyulun 29-da “The Hart Space” icma mərkəzində baş verib. 7-11 yaşlı uşaqlar üçün rəqs tədbirinin keçirildiyi otağa bıçaqla müdaxilə edən şəxs daxil olub.


Hücum nəticəsində altı yaşlı Baby King, yeddi yaşlı Elsi Dot Stancombe və doqquz yaşlı Alice Dasilva Aguiar həlak olub. Baby və Elsie faciə günü, Alice isə ertəsi gün səhər vəfat edib. Ölənlərdən əlavə, azı səkkiz uşaq və iki böyük yaralanıb.
 

İyulun 30-da axşam Sautportda çaxnaşma başlayıb. İğtişaşlar Rusiya mətbuatının artıq saxlanılan 17 yaşlı Aksel Rudakubananın radikal müsəlman miqrant olması barədə məlumat yaymasından sonra başlayıb.




İmmiqrasiya əleyhinə olan yüzlərlə etirazçı əvvəl məscidin qarşısında polisi daşqalaq edib. Daha sonra avtomobilləri aşıraraq, yandırıb və polis idarəsi qarşısında yanğın törədiblər.


Polis şübhəlinin Kardiffdə (Uels) xristian Ruandalı valideynlərdən olduğunu desə də, nümayişçilərin etirazları Liverpul, Bristol, Hull, Belfast, Mançester, Stok-on-Trent, Bləkpulda da başlayıb. Mağzaların şüşələri sındırılıb, molotov kokteylləri atılıb, binalar yandırılıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edilib. Nəticədə bir neçə polis əməkdaşı yaralanıb, onlarla nümayişçi saxlanılıb.


Öz növbəsində hökumət bildirib ki, ifadə azadlığı və zorakı iğtişaşlar tamamilə fərqli şeylərdir. Buna görə də hökumət Britaniya şəhərlərinin küçələrində təhlükəsizliyi təmin etmək üçün bütün lazımi tədbirlərin görülməsində polisi dəstəkləyir.


Xatırladaq ki, Böyük Britaniyada sonuncu dəfə iğtişaşlar 2011-ci ildə baş vermişdi. O zaman minlərlə insan London polisinin qaradərili bir kişini güllələyib öldürməsindən sonra küçələrə çıxmışdı.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Robotlar hündürə tullana və sürətlə qaça biləcək - YENİLİK

İsveçrə və Almaniyadan olan beynəlxalq alimlər qrupu robotların hündürə tullanmasını və əngəlli ərazidə sürətlə qaçmasını təmin edən süni əzələlər yaradıb. &nb...

Azərbaycanda ən bahalı ixtisaslar bunlardır

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən il...

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - SENSASİON İDDİA

Azərbaycanlı ekstrasens Zirəddin Rzayev illərdir qeyri-adi qabiliyyətləri ilə tanınan və müxtəlif müəmmalı hadisələrin həllində iştirak edən bir şəxsdir. Onun b...

Bu yay Şahdağa 2 dəfə qar yağdı

İqlim dəyişmələrinin artan təsiri həm temperatur göstəricilərində, həm də yağıntı rejimində müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə ETS...

“ASAN müraciət”lə bağlı dəyişiklik olundu

Nazirlər Kabineti 7 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik ed...

Xudatda azyaşlı döyüldü, xəstəxanaya yerləşdirildi

Xudat şəhərində azyaşlı döyülüb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb.   Qusar rayon sakini 7 yaşlı Z.C...