Artıq danışmırlar: Ben və Cennifer arasındakı uçurum yeni səviyyəyə çatıb


Artıq danışmırlar: Ben və Cennifer arasındakı uçurum yeni səviyyəyə çatıb

Cennifer Lopez və Ben Afflek bir-birindən ayrı düşməyə davam edir. İyulun 16-da ikinci evlilik ildönümünü ayrı-ayrılıqda qeyd edən və dostların dediyinə görə boşanmağa hazırlaşan cütlük bir-birləri ilə artıq ünsiyyəti də kəsib.


Sfera.az bildirir ki, ulduzlar boşanmanın təfərrüatlarını müzakirə etmək üçün nəinki görüşmək istəmir, hətta telefonla belə danışmırlar. Onlar müqavilə təfərrüatlarını danışmaq üçün vasitəçilər tutub. Bütün məqamlar razılaşdırıldıqdan sonra boşanma vəkilləri ilə əlaqə saxlayacaqlar

.
Şəxsən ünsiyyətdən qaçmaq üçün hər ikisi danışıqlar aparmaq üçün biznes menecerlərinə müraciət edir, razılığa gələndə isə vəkillərlə danışacaqlar.


Cütlüyün barışmaq fikrində olmadığını göstərən çoxlu faktlar var. Onlardan ən ifadəlisi isə Ben Afflekin “Pacific Palisades”də 20,5 milyon dollarlıq ev almasıdır. Üstəlik, aktyor belə bir addım üçün çox riskli tarix seçib - 24 iyul, həyat yoldaşının 55 yaşını qeyd etdiyi gün. O, Lopezin ad günü tədbirə də gəlməyib. Cenniferin dostlarının dediyinə görə, bu onu çox hiddətləndirib və ürəyinə bıçaq zərbəsi dəymiş kimi hiss edib.
 

Cütlük eyni zamanda keçən il təxminən 61 milyon dollara aldıqları malikanələrini də bazara çıxarıblar. Ev 68 milyon dollara satışa çıxarılsa da, indiyə qədər alıcı tapılmayıb.
 

Öz növbəsində Cennifer Nyu-Yorkdakı dörd otaqlı evini 23 milyon dollara satıb.
 

Media cütlüyün ətrafına istinadən xəbər verib ki, onlar artıq bir ay əvvəl boşanma sənədlərini tamamlayıblar, lakin bunu açıqlamaq üçün uyğun anı gözləyirlər.
 

"O zaman onlar bir-birlərini nə qədər sevdiklərini və evliliyi qorumaq üçün necə mübarizə apardıqlarını, lakin bacara bilmədiklərini bildirən birgə bəyanat yayacaqlar. Düzünü desəm, sonda heç bir güzəştə gedə bilmədilər. Nələr yaşayıblar, əvvəllər də olmuşdu. Lakin bu son idi və hər ikisi bununla barışıb”- deyə mənbələr bildirib.


Evliliyində problemlərlə bağlı şayiələr arasında Ben Afflek tanınmaz dərəcədə dəyişib. O, nəinki saqqalını qırxdırıb, hətta yeni saç düzümü ilə də diqqət çəkib.

 


 

Ben və Cennifer sonuncu dəfə martın 30-da birlikdə görüntülənib. O vaxtdan bəri, onlar yayı da ayrı keçiriblər. Cennifer əsasən Şərq Sahilində, Ben isə Los Ancelesdə evdə qalır.

 

Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Bakıda bu yol axşam saatlarından BAĞLANIR

Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərə...

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb ed...

Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməs...

6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edib.   Sfera....

Macarıstanda bu analar vergidən azad olundu

Macarıstan parlamenti ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə iki və üç uşağı olan qadınların gəlir vergisindən azad olunmasını nəz...

Prezident Sərəncam imzaladı

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər...