Günəşdə ən yüksək dərəcəli məşəl qeydə alındı


Günəşdə ən yüksək dərəcəli məşəl qeydə alındı

Avqustun 5-də Günəşdə yüksək dərəcəli X məşəl qeydə alınıb.



Sfera.az xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu (FSBI IPG) məlumat yayıb.



Nəşr göstərib ki, 30 dəqiqə davam edən X1.7 alışması avqustun 5-də günorta saatlarında qeydə alınıb. O, II spektral tipli (V=171 km/san) radio emissiyasının partlaması ilə müşayiət olunub.



Bununla bərabər, M1.0, M1.2/SF, M6.1/1N, M1.7 məşəlləri də qeydə alınıb. Onlar günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, bu da Yerə çatdıqda maqnit qasırğalarına və radio rabitəsində fasilələrə səbəb ola bilər.



Radiasiya gücündən asılı olaraq günəş alovları beş sinfə bölünür - A, B, C, M və X.

İnci
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR