ABŞ gələcək müharibələrə hazır olmadığını bildirib


ABŞ gələcək müharibələrə hazır olmadığını bildirib

Birləşmiş Ştatlar münaqişələrin aparılmasının yeni üsullarını mənimsəməkdə Çin və Rusiyadan geri qaldığını bildirib .
 

Sfera.az xəbər verir ki, bu barədə "Foreign Affairs" məlumat yayıb.
 

Nəşrin müəlliflərinin fikrincə, gələcək münaqişələrdə kimin daha çox insan, silah və ya texnikaya malik olması nəzərə alınmayacaq.
 

“Yeni münaqişələrə getdikcə avtonom silah sistemləri və güclü alqoritmlər üstünlük təşkil edəcək. Təəssüf ki, bu, Birləşmiş Ştatların hazır olmadığı bir gələcəkdir”, - məqalədə deyilib.
 

Müşahidəçilər vurğulayırlar ki, Amerika texnologiyası pilotsuz təyyarələrin hücumlarına tab gətirə bilmir və Amerika hərbçiləri süni intellektlə işləməyin incəliklərinə yiyələnməyiblər. Buna görə də, gələcəkdə Amerika əsgərləri üstünlüyü olmayan bir münaqişəyə girə bilərlər.

İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR