Bu ölkənin Baş naziri İSTEFA VERDİ

Bu ölkənin Baş naziri İSTEFA VERDİ

Banqladeşin Baş naziri Şeyx Hasina istefa verib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, onun ölkəni tərk edərək Finlandiyaya gedə biləcəyi bildirilir. Daha əvvəl “France Presse” agentliyi Baş nazirə yaxın mənbəyə istinadən onun və bacısının iğtişaşlar fonunda paytaxt Dəkkədəki rəsmi iqamətgahı tərk edərək daha təhlükəsiz yerə getdiklərini xəbər vermişdi.

 

“Baş nazir və bacısı daha təhlükəsiz yer tapmaq üçün Qanabhaban Sarayını tərk edib. O, müraciət hazırlamaq istəyib, lakin buna imkanı olmayıb”, - agentlik bildirib.

 

Agentliyin məlumatına görə, Baş nazirin ABŞ-də olan oğlu sosial şəbəkələrdə ölkənin təhlükəsizlik qüvvələrini seçilməmiş hökumətin hakimiyyətə gəlməsinə imkan verməməyə çağırıb.

 

Qeyd edək ki, Banqladeşin paytaxtı Dəkkədə və ölkənin digər şəhərlərində etirazlar ayrı-seçkiliyə qarşı başlayan tələbə hərəkatından sonra daha da kütləvi xarakter alıb. Etirazçılar, polis qüvvələri və hökumət tərəfdarları arasında toqquşmalar daha sonra iğtişaşlara çevrilib.

 

Son məlumatlara görə, iğtişaşlar nəticəsində azı 300 nəfər ölüb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Miqrantların yaşayış icazəsi alması üçün bağlanmış nikahları ləğv ediləcək

Rusiya Daxili İşlər Nazirliyi əcnəbilər tərəfindən yaşayış icazəsi almaq üçün bağlanmış nikahları ləğv ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

İsveç Rusiyadan gələn mallara idxal rüsumlarını artırmaq niyyətindədir

İsveçin xarici ticarət və beynəlxalq inkişaf üzrə əməkdaşlıq naziri Benjamin Dusa Avstriya, Danimarka, Finlandiya, İrlandiya, Latviya, Litva, Estoniya və Polşad...

Xaçmazda qadın dəm qazından boğularaq ÖLDÜ

Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində fərdi yaşayış evinin hamam otağında gənc qadın dəm qazından zəhərlənərək ölüb.   Sfera.az xəbər verir ki, B...

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.   Sfera.az xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər i...

Müdafiə Nazirliyi yanğınla bağlı MƏLUMAT YAYDI

Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin yaxınlığındakı obyektlərdən birində yanğın baş verib.   Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildir...

Hər gün 5 dəqiqə idman etməyin FAYDALARI - ARAŞDIRMA

Gündə cəmi 5 dəqiqə idman etmək faydalı ola bilər.   Sfera.az bildirir ki, bununla bağlı London Universitet Kolleci (UCL) və Sidney Universitetinin ...