Pakistan genişmiqyaslı antiterror əməliyyatına BAŞLADI

Pakistan genişmiqyaslı antiterror əməliyyatına BAŞLADI

Pakistanın Baş naziri Şahbaz Şərif yeni genişmiqyaslı antiterror kampaniyasını təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, bu barədə Pakistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, iyunun 22-də 2014-cü ildən ölkədə antiterror siyasətini əlaqələndirən orqan olan Milli Fəaliyyət Planının icrası üzrə mərkəzi ali komitənin iclası keçirilib.

 

Baş nazirin sədrliyi ilə keçirilən iclasda əsas nazirlər, eləcə də terror problemindən ən çox zərər çəkən regionların rəhbərləri iştirak edib.

 

“Baş nazir Azm-e-İstehkam (Urdu dilində həll və sabitlik - Qeyd) əməliyyatına başlamaqla yenilənmiş və daha aktiv milli terrorla mübarizə kampaniyasını təsdiqləyib”, - deyə məlumatda bildirilir.

 

Vurğulanıb ki, bu əməliyyat müxtəlif antiterror proqramlarını vahid nəzarət və koordinasiya altına almağa imkan verəcək və ekstremistlərə qarşı mübarizədə qonşu ölkələrlə koordinasiya üçün diplomatik səylər gücləndiriləcək.

 

Eyni zamanda müntəzəm olaraq antiterror əməliyyatları keçirən hərbi qulluqçular bütün hüquq-mühafizə orqanlarının tam dəstəyini alacaqlar.


OXŞAR XƏBƏRLƏR

"Bakıda obyektdə baş verən yanğın nəzarətə götürülüb" - FHN

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb.   Bu barədə Sfer...

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanıldı - FOTO

“Şəmkir”, “Xudat” və “Zaqatala” sərhəd dəstələrinin xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər sərhə...

Torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşdi

Azərbaycanda torpaqların məqsədli təyinatının dəyişdirilməsi üçün 2 əsas müəyyən edilib.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsd...

Nazirlikdə Paralimpiya mükafatçıları ilə görüş keçirildi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanan paralimpiyaçılar və onların məşqçiləri ilə görüşüb. ...

Pakistanda helikopter QƏZASI - 6 nəfər ÖLDÜ

Pakistanın şimal-qərbində rusiyalı ekipajı daşıyan helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb.   Sfera.az xəbər ver...

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamədə dəyişiklik edildi

Prezident İlham Əliyev 17 noyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyi...