iPhone satışları azalacaq - SƏBƏB

iPhone satışları azalacaq - SƏBƏB

Android smartfonlarının satışları 2024-cü ildə iPhone satışlarından daha sürətli artacaq.
 

Sfera.az xəbər verir ki, bu barədə CNN Beynəlxalq Məlumat Korporasiyasının (IDC) məlumatlarına istinadən məlumat yayıb.


Tədqiqat firması hesab edir ki, Android cihazlarının tədarükü Apple smartfonlarının tədarükü ilə müqayisədə təxminən iki dəfə artacaq. Bu artımın əsas səbəblərindən biri kimi Çin bazarı göstərilib.


IDC vurğulayıb ki, Çin Tim Kukun şirkəti üçün son dərəcə vacib region olaraq qalır - Apple reklam və endirimlər vasitəsilə satışları artırmağa çalışır. Bununla belə, bir çox yerli istehlakçılar milli brendlərə - Huawei, Xiaomi, Oppo və başqalarına daha çox diqqət yetirməyə başlayıblar. Bu səbəbdən Çində iPhone satışları çökə bilər.


Apple həmçinin aparıcı smartfon istehsalçıları arasından onunla seçilir ki, o, hələ süni intellekt (AI) xidmətlərini öz qurğularına inteqrasiya etməyib. IDC-nin tədqiqat direktoru Nabila Popal deyib: “Ümid edirik ki, iyunda keçiriləcək tərtibatçı konfransında bununla bağlı bəzi mesajlar eşidəcəyik".


Eyni zamanda, Apple, Popal-a görə, koronavirus pandemiyası zamanı təchizat problemlərini uğurla aradan qaldıran ən sabit smartfon markalarından biri olaraq qalır.

İnci

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Ali Məhkəmə ilə Əlcəzair Ali Məhkəməsi arasında Memorandum İMZALANDI - FOTO

Aprelin 27-28-i Azərbaycan Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əlcəzair Xalq Demokratik Respublikasında səfərdə olub.   Sfera...

Axtarışda olan 76 nəfər SAXLANILDI 

Aprelin 29-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Azərbaycan neftinin qiyməti 89 dollara ENDİ

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiy...

ADNA-da terror aktı törədilməsindən 15 İL ÖTÜR

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür.   Sfera.az xəbər verir ki, terror hadisəsindən 15 i...

Ailənin lənətindən qaçmağa çalışır, restoranlara nifrət edir - Con Kennedinin nəvəsi

Amerikanın məşhur prezidenti Dallasda qətlə yetirilən Con Kennedinin nəvəsi Cek Şlossberq idman zalından çəkdirdiyi fotonu yayımlayaraq gözlənilmədən özünü xatı...

Qadın olduğu üçün Nobel mükafatı verilmədi: Dünyanı dəyişən fizik

Elm tarixinə səyahət etdikdə, kişilərin hökmranlığını açıq-aşkar görürük. Elmin gedişatını dəyişdirənlər arasında qadın tapmaq çətindir. Bu, təbii ki, təkc...