ABŞ-də ekoloji cəhətdən təmiz sement hazırlandı

ABŞ-də ekoloji cəhətdən təmiz sement hazırlandı

Amerikanın “Fortera” startapı aşağı karbon qazı emissiya edən sement istehsalı texnologiyasını hazırlayıb.


Sfera.az xəbər verir ki, bu haqda məlumatı “Associated Press” agentliyi yayıb. 


Məlumata əsasən, sement hazırlayarkən yaranan karbon qazı xüsusi texnologiyanın köməkliyi ilə sobalarda tutulur. Mütəxəsislərin fikrincə, hazırlanan yeni texnologiya sənaye miqyasında istifadə edilə bilər. 


Artıq ABŞ-nin ən böyük sement istehsalı zavodlarından biri olan “CalPortland” bu texnologiyanı tətbiq etməyə başlayıb. Texnologiyanın karbon qazı emissiyasını ilkin olaraq 10 faiz azaltmağa kömək edəcəyi gözlənilir. 


Qeyd edək ki, sement istehsalı zamanı atmosferə böyük miqdarda karbon qazı buraxılır. Bu qaz qlobal istiləşmə prosesini sürətləndirir. Tədqiqatlar göstərir ki, sənaye müəssisələri tərəfindən atmosferə atılan karbon qazı emissiyalarının təxminən 8 faizi sement istehsalı müəssisələrinin payına düşür.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR