Ayin zamanı keşişə bıçaqla hücum etdi - VİDEO
Dünya
16:47 / 15.04.2024
7696
Avstraliyanın Sidney şəhərində kilsədə dini mərasim zamanı naməlum şəxs bıçaqla keşişə hücum edib.
Sfera.az “ABC” telekanalına istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər yaralanıb.
Hücum edən şəxsin saxlanıldığı bildirilir.
Mari Emmanuel adlı zərərçəkən keşişin Avstraliyada tanınmış bloqer olduğu qeyd olunub.