Türkiyədə 3 milyon insan işsizdir - STATİSTİKA   

Türkiyədə 3 milyon insan işsizdir - STATİSTİKA   

Yeni açıqlanan məlumatlara əsasən, Türkiyədə əmək qabiliyyətli əhalinin 8,7 faizi işsizdir. Gənc əhali arasında isə işsizlik səviyyəsi 15,6 faiz təşkil edir. 


Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, fevralda Türkiyədə işsiz sayı 109 min nəfər azalaraq 3,078 milyon nəfərə düşüb. 


Müqayisə üçün bildirək ki, Azərbaycanda işsizlik səviyyəsi 5,3 faiz səviyyəsindədir. Türkiyədə işsizliyin səviyyəsinin yüksək olmasını yerli ekspertlər Suriya və Əfqanıstandan gələn miqrantların sayının çoxluğu ilə əlaqələndirirlər. Adıçəkilən ölkələrdən gələn miqrantlar ucuz işçi qüvvəsi olduğundan daha aşağı əməkhaqqı ilə çalışmaqdan imtina etmirlər. Bu vəziyyət Türkiyə vətəndaşlarının iş tapmasını çətinləşdirir. 


Vasif


OXŞAR XƏBƏRLƏR