Rusiyanın gizli raketi SINAQDAN ÇIXDI - Ukrayna və NATO...

Rusiyanın gizli raketi SINAQDAN ÇIXDI - Ukrayna və NATO...

 

Putinin “super silahı” ortaya çıxıb.

 

Sfera.az bildirir ki, Rusiya sözügedən silahı sınaqdan keçirib. Qeyd olunub ki, sınaqdan sonra Ukrayna təşvişə düşüb.

 

Rusiyalı hərbi eksperti, polkovnik Viktor Baranet yeni raket sınağından sonra NATO-nun kəşfiyyat orqanlarının məəttəl qaldığını bildirib.

 

“Silah ilan kimi ağ quyruğu olan kometaya bənzəyirdi. Rusiyanın müxtəlif regionlarının (Orenburq, Həştərxan, Volqoqrad, Dağıstan və s.) sakinləri onu heyrətlə seyr edirdilər”.

 

Bildirilib ki, raket keçən həftə Kapustin Yar poliqonundan buraxılıb və səmada buraxdığı qəribə tüstü izi ilə müşahidəçiləri təəccübləndirib. Eyni zamanda, raketin səmada buraxdığı izlərin görüntüləri sosial mediada yayımlanıb və qısa müddətdə viral olub.

 

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi gizli raketin adını çəkməkdən imtina edib. Nazirlik əlavə təfərrüat vermədən sadəcə olaraq atış hədəflərinin tam yerinə yetirildiyini qeyd edib.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR