Ermənistan Birləşmiş Krallığa hərbi attaşe təyin edəcək

Kateqoriya məlum deyil
T
Ermənistan Birləşmiş Krallığa hərbi attaşe təyin edəcək.
Sfera.az-ın xəbər verir ki, müvafiq məsələ parlamentin bugünkü iclasının gündəliyinə salınıb.
Bildirilir ki, yeni qərar krallıqla artan hərbi əməkdaşlıq fonunda verilib.
Hərbi attaşenin qarşısında müvafiq sahədə əməkdaşlığın daha da inkişafı, birgə hərbi tərəfdaşlıq proqramlarının koordinasiyası, eləcə də qarşılıqlı səfərlərin təşkili kimi tapşırıqlar qoyulub.
Bu arada, hazırdda bir qrup erməni hərbçinin Birləşmiş Krallığın ordusunda İngilis dili, idarəetmə, eləcə də minatəmizləmə sahəsində təlimlərə cəlb olunduğu açıqlanıb. (apa)






