Putin və Tokayev təbii fəlakətin nəticələrini MÜZAKİRƏ ETDİ

Putin və Tokayev təbii fəlakətin nəticələrini MÜZAKİRƏ ETDİ

Rusiya Prezident Vladimir Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev arasında telefon danışığı olub.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidmətinin katibi Dmitri Peskov açıqlayıb.

 

Onun sözlərinə görə, dövlət başçıları öz ölkələrinin baş nazirlərinə son günlər iki ölkənin ərazisində baş verən daşqınların nəticələrinin aradan qaldırılması ilə mübarizənin sinxronlaşdırlmasını tapşııblar.

 

Qeyd edək ki, Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində su anbarının uçması nəticəsində regionu su basıb. Eyni zamanda, Qazaxıstanın Aktobe şəhərində də su anbarında suyun səviyyəsinin artması fəsadlara səbəb olub.


OXŞAR XƏBƏRLƏR