Vəba epidemiyasından qaçan gəmi batdı: Ölənlər var 

Vəba epidemiyasından qaçan gəmi batdı: Ölənlər var 

Afrika Respublikasının Mozambik şimal sahillərində bərənin batması nəticəsində azı 91 nəfər həlak olub.

 

Sfera.az bildirir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, bərənin göyərtəsində 130 nəfər olub. Onlardan yalnız beş nəfəri xilas edilib.

 

Nampula dövlət katibi Xayme Netonun sözlərinə görə, sərnişinlər vəba epidemiyasından xilas olmağa çalışıblar. O, ölənlərin çoxunun uşaq olduğunu da qeyd edib.

 

"Həddindən artıq sıxlıq və gəminin sərnişin daşınması üçün yararsız olması səbəbindən gəmi batıb"-deyə Neto bildirib. 


Ehtimallara görə, bərə Lunqadan Nampula sahilləri ilə Mozambik adasına gedirmiş. İkisi arasında dənizlə məsafə təxminən 28 km-dir.

 

Qeyd edək ki, UNİCEF-in məlumatına görə, Mozambikdə vəba epidemiyası son 25 ildə ən ciddi xəstəlikdir. Nampula əyaləti xəstəlikdən ən çox təsirlənən bölgələrdən biri olub. Keçən ilin əvvəlindən bəri isə vəba Cənubi Afrikanın bir sıra ölkələrində tüğyan edir. 

 

Mozambik səlahiyyətliləri, keçən il yanvarın əvvəlindən bəri 13,700 vəbaya yoluxma və 30 ölüm faktının qeydə alındığını bildirir.


OXŞAR XƏBƏRLƏR