Səyahət etmək istədi: Ən təhlükəli həbsxanalarından birinə düşdü

Səyahət etmək istədi: Ən təhlükəli həbsxanalarından birinə düşdü

Böyük Britaniyanın Aterton şəhərindən olan 39 yaşlı Con Henşou Cənubi Amerikaya səyahət etmək qərarına gəlib. Bu səyahət ona olduqca baha başa gəlib. Con səyahət zamanı təsadüfən dünyanın ən təhlükəli həbsxanalarından birində ilişib qalıb.


Sfera.az bildirir ki, bu həbsxana bütün dünyada öz qanunsuzluğu və özbaşınalığı ilə tanınır. Maraqlıdır ki, həbsxananın içərisində patrul xidməti aparacaq mühafizəçilər yoxdur.

 

Fevralın 9-da britaniyalı La Paz (Boliviya) hava limanında narkotik alveri və üzərində qanunsuz maddələr saxlama ittihamı ilə polis tərəfindən saxlanılıb. Con San Pedro həbsxanasına göndərilib.  Bu yaxınlarda isə bu barədə "Parlaqlıqlar arxasında: Dünyanın ən çətin həbsxanaları" adlı televiziya şousunda sənədli film nümayiş olunub. 

 

Conun qızı atasının təmiz suyu, lazımi yeməyi və paltarı olmadığını iddia edir. Adamın 30-a yaxın digər məhbusla yerdə yatdığı və 120 nəfərin cəmi iki tualetdən istifadə etdiyi bildirilir. 

 

Ümumilikdə müəssisə 600 nəfər üçün nəzərdə tutulsa da, hazırda orada təxminən 3000 nəfər yaşayır. Əlavə çarpayılar və ya kameralar digər məhbuslardan alınmalıdır. Onların arasında Wi-Fi və isti vanna otaqları olan yerli “elita”nın olduğu VİP kameralar da var.

 

Conun işinə məhkəmədə baxılacaq. Məhkəmə prosesi 90 günə qədər çəkə bilər. Con isə artıq 50 gününü dəmir barmaqlıqlar arxasında keçirib.

 

"O, çox yaxşı insandır və orada başına gələnlərə layiq deyil. Özü üçün ala bildiyi yeganə yemək vetçina və pendirli tostdur, həbsxanadan isə gündə bir kasa bulyon verilir, vəssalam” - deyə ona məhkəmədə kömək edən ortağı Toni Rimmer qeyd edib.


Böyük Britaniyanın Boliviyadakı səfirlik əməkdaşları isə məhbusa bacardıqları qədər kömək etdiklərini bildiriblər.

 

Qeyd etdiyimiz kimi, həbsxana qanunsuzluq və özbaşınalığı ilə tanınır, çünki müəssisənin daxilində patrul xidməti aparacaq mühafizəçilər yoxdur. Əvəzində məhbusların qaçmamasını təmin etmək üçün yalnız kvadrat sahəsində nəzarət edirlər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu kişilər 65 yaşından tez pensiyaya ÇIXACAQ

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında a...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...

Mədəni-maarif proqramlarının cəmiyyətə təsiri danılmazdır

Müasir cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən edən başlıca göstəricilərdən biri maarifləndirmə və təhsilə verilən əhəmiyyət, eləcə də bu sahələrdə tətbiq olu...

Azərbaycanda kazinoların açılması fayda verəcək? - RƏY

Son günlər sosial şəbəkələrdə Azərbaycanda kazinoların açılması mövzusu müzakirə obyektinə çevrilib.   Maraqlıdır, ölkəmizdə kazinoların açılması nə ...

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...