Rusiyada körpü uçub: ölən və yaralananlar var

Kateqoriya məlum deyil
T
Rusiyanın Smolensk vilayətinin Vyazma şəhərində Paninski körpüsü uçub.
Sfera.az bu barədə rus KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, uçqun anında körpünün üzərində iki avtomobil - yük və minik maşını olub. Hadisə nəticəsində 1 qadın ölüb, 5 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Uçqunun səbəbləri hələlik məlum deyil.






