Körpələrdən çiçək, yeniyetmələrdən isə keçi iyi gəlir - ARAŞDIRMA

Körpələrdən çiçək, yeniyetmələrdən isə keçi iyi gəlir - ARAŞDIRMA

Almaniyada aparılan bir araşdırma körpələrin çiçək, yeniyetmələrin isə keçi qoxusunu üzə çıxarıb.
 

Sfera.az xəbər verir ki, Erlangen-Nürnberg Friedrich Alexander Universitetində aparılan araşdırmada üç yaşdan kiçik 18 körpə ilə 18 yeniyetmənin qoxuları araşdırılıb.
 

Təcrübədə iştirakçılardan paltarlarının qoltuqlarının altına qoyulmuş pambıq lentlərlə bir gecə keçirmələri tələb olunub. İştirakçılardan həmçinin təcrübədən 48 saat əvvəl ətirdən istifadəni və soğan və ya sarımsaq yeməyi dayandırmaları istənilib. Elm adamları daha sonra laboratoriyada lentlərdə olan kimyəvi birləşmələri araşdırıblar.
 

"Communications Chemistry" akademik jurnalında dünən dərc edilən araşdırmada, yeniyetmələrdən alınan nümunələrdə tər və sidik qoxusuna bənzəyən kif qoxusu təsbit edilib. Araşdırmada bu, "keçi qoxusu kimi" olaraq təsvir edilib.
 

Körpələrdə “çiçək ətirli və sabunlu qoxuların” daha çox önə çıxdığı bildirilib. Hər iki qrupdan olan nümunələrdə “ağac qoxusu”nun olduğu da qeyd olunub.
 

Təcrübəni aparan Diana Ovisenko deyib ki, yeniyetmələrdə qoxular tər vəzilərinin daha çox işləməsi və yağ bezlərinin istehsal etdiyi piy ifrazının artması nəticəsində yaranır.
 

"Bir qoxunun hər zaman hər kəs üçün xoş və ya pis olacağını müəyyən etmək çətindir" deyən Ovisenko, bunun insandan insana dəyişən bir məsələ olduğunu sözlərinə əlavə edib.

İnci


OXŞAR XƏBƏRLƏR

Bu tranzit marşrutu reallaşsa... - Ermənistan nəqliyyat layihələrindən kənarda qalacaq

İranın yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılması ilə bağlı yeni təkliflə çıx...

Rihanna yenə ana olacaq - FOTO

Dünyaca məşhur müğənni Rihanna yenə hamilədir.       Sfera.az xəbər verir ki, “Met Gala”ya qatılan sənətçinin hamilə olduğ...

Kazım Hüseynəliyev nazir TƏYİN EDİLDİ

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyat naziri təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiy...

"Cütlük ayrıldı, sifariş məndə qaldı" - "String art" yaradıcısı ilə MÜSAHİBƏ

Son illərdə dekorativ sənətdə ip və mismarla hazırlanan portretlər geniş maraq doğurur. “String art” adlanan bu texnika taxta lövhə üzərində mismarl...

Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb.   Sfera.az xəbər verir ki, ötən gün saat 21 radələrində Ağ Şəhər Yaşıl Ada küçəsi ev 21-də fəhlə - Kür...

Nərimanovda qarajlar sökülür - Sakinlər isə şikayətçidir

Nərimanov rayonunda bir qrup sakin binalarına yaxın ərazidə tikinti işləri aparan şirkətdən narazıdır. Onların sözlərinə görə, tikinti şirkəti vətəndaşların həy...