Ermənistanda zəlzələ oldu

Kateqoriya məlum deyil
T
Ermənistanın Şirak bölgəsində 2․9 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Aşotsk kəndindən 19 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə, episentrdə gücü 4 bal olub.
Zəlzələ Şirak rayonunun Aşotsk, Musayelyan, Amasiya, Kakavasar kəndlərində 3 bal, Lori rayonunun Şirakamut və Saralanc kəndlərində 2-3 bal gücündə hiss olunub.






