Tayvandakı zəlzələdə ölənlərin sayı artdı

Tayvandakı zəlzələdə ölənlərin sayı artdı
Kateqoriya məlum deyil
T

Tayvanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb.

 

Sfera.az xəbər verir ki, zəlzələdən sonra yaradılan Təcili Yardım Mərkəzinin verdiyi açıqlamaya görə, axtarış-xilasetmə qrupları Hualien şəhərinin şimalındakı Taroko Milli Parkında daha bir nəfərin cəsədini tapıb.

 

Şəxsiyyət vəsiqəsindən onun 21 yaşlı Hu soyadlı qadın olduğu müəyyənləşib.

 

Beləliklə, ölənlərin sayı 13-ə yüksəlib.

 

Rəsmi məlumatlara görə, indiyədək zəlzələ nəticəsində 1145 nəfər xəsarət alıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR