Daimi ağrılardan əziyyət çəkən qız yemək yeyə, içki içə bilmir - FOTO

Daimi ağrılardan əziyyət çəkən qız yemək yeyə, içki içə bilmir - FOTO

Bu ilin yanvarında Böyük Britaniyalı 18 yaşlı Millie McAinsh xəstəxanaya yerləşdirilib. O, yeriyə, danışa və yemək yeyə bilmir. Qız öləcəyindən qorxur, çünki həkimlər onun xəstəliyinin əslində nə olduğunu hələ də anlaya bilmirlər.

 

Sfera.az bildirir ki, həkimlərin sözlərinə görə, Millie McAinshdə xroniki yorğunluq sindromu ola bilər. Buna baxmayaraq, birbaşa test olmadığı üçün dəqiq diaqnoz qoymaq çətindir. Qızın ailəsi hesab edir ki, xəstəxanada müalicə onu daha da pisləşdirir. Millie vəziyyətinin çox ağır olduğunu, hətta otura bilmədiyini iddia edir. Danışmaqda və udmaqda çətinlik çəkir, toxunma, səs və işıq kimi ən kiçik şeylərə həssaslıq səbəbindən əsəbləri tamam tarıma çəkilir.

 

"Özümü ölü kimi hiss edirəm. Daim ağrılarım var, həkimlər də məni dinləmir. Artıq dözə bilmirəm" - deyən Millie çəkdiyi əziyyəti “işgəncə” adlandırır.


Yanvar ayında xəstəxanaya yerləşdirilən Millienin vəziyyəti burada daha da pisləşib. Artıq yemək və ya maye uda bilmədiyi üçün ona ağır mialgik ensefalomielit (ME) diaqnozu qoyulub. Ailəsi iddia edir ki, Millie klinikaya gəldikdən sonra həkimlərə onun yemək yeyə bilməsinə kömək etmək üçün “yalvarıb”. Lakin o zaman hələ rəsmi diaqnoz qoyulmadığından, həkimlər əvvəlcə onun yemək pozğunluğundan şübhələniblər. 


Dəqiq diaqnoz qoymaq çətin olsa da, Millie və ailəsi həmişə onun ME olduğuna inanırlar.

 

Millinin ailəsi hesab edir ki, xəstəxanada onun problemlərini müəyyən etmək üçün aparılan müalicə və testlər yeniyetmənin vəziyyətini daha da pisləşdirib. Ailə ümidsiz bir cəhdlə özəl həkimə müraciət edib. Ona dərhal xroniki yorğunluq sindromunun ağır forması diaqnozu qoyulub.


“Həkimlər həmişə deyirlər ki, Milli özünü belə hiss etdiyinə “inandırır”. Amma onlar başa düşmürlər ki, hətta addım səsləri, yaxınlıqdan keçən kiminsə yeri tərpətməsi belə ona əziyyət verir” - deyə qızın anası Lusi Montgomeri bildirir.

 

Xəstəliyin simptomları Milliedə ilk dəfə 2019-cu ildə özünü biruzə verib. 

 

Milliedə ilk dəfə 2019-cu ildə simptomlar görünməyə başlayıb.  O vaxtdan bəri onun səhhəti hər il pisləşir. Vəziyyəti 2023-cü ilin dekabrında sürətlə pisləşdiyindən, ailəsi qidalanma borusu quraşdırılmasa, onun acından ölə biləcəyindən qorxub.

 

Qız nəhayət yanvarın sonunda iki mütəxəssis həkimin məsləhəti ilə xəstəxanaya yerləşdirilib. Bir neçə gündən sonra xəstəxanadan çıxacağına ümid etsə də, araşdırmalar aparıldığından, qız hələ də oradadır.


 
Millie öləcəyindən qorxduğunu bildirir, çünki həkimlər onun əslində nə olduğunu hələ də dəqiq təyin edə bilmirlər. 


Qeyd edək ki, xroniki yorğunluq sindromu kimi tanınan mialgik ensefalomielit multisistem xəstəlikdir. Bu xəstəlik insanın fiziki fəaliyyətini və ümumi həyat keyfiyyətini ciddi şəkildə poza bilər. Ən ağır hallarda isə hətta ölümlə nəticələnə bilər. ME-ni dəqiq müəyyən etmək üçün birbaşa test yoxdur. Bunun əvəzinə, həkimlər simptomlara əsaslanaraq diaqnoz qoyur, digər mümkün xəstəliklərin olma riskini də yoxlayırlar. 

 

Bu xəstəliyin tam müalicəsi yoxdur, lakin təyin edilmiş müalicələr simptomları müəyyən qədər aradan qaldırmağa və fiziki vəziyyəti normallaşdırmağa kömək edə bilər.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR