“Kişilər yanımda durmağa utanırlar"- FOTO

“Kişilər yanımda durmağa utanırlar

Texasda (ABŞ) 21 yaşlı Masi Currin artıq dördüncü ildir ki, Ginnesin Rekordlar Kitabına görə dünyanın ən uzun ayaqları olan qız titulunu qoruyub saxlayır.

 

Onun sağ ayağının uzunluğu 135 sm, sol ayağı isə 134 sm-dir. 208 sm fenomenal boyu olan amerikalı hətta pərəstişkarlarına mütəmadi olaraq həyatı haqqında danışaraq,  TikTok ulduzuna çevrilib.

 

Sfera.az bildirir ki, Masi sosial mediada onu arıq, insanabənzər məxluq və ya Nazik Adam kimi qorxu filmi personajları ilə müqayisə edən tənqidi şərhlərdən şikayətlənir.

 

"Mən fərqli və qarışıq reaksiyalar alıram, lakin bu, gözləniləndir. Mənə çox dəhşətli şeylər deyirlər. Əgər kimsə bir şeydən nifrət edirsə, anlamadığı və ya cahil olduğuna görədir" - deyə o bildirir.


Hər şeyə rəğmən, qız ayaqları ilə fəxr edir və bənzərsiz doğulduğuna sevinir: 

 

“Xoşbəxtlikdən, heç kim mənim kimi deyil. Mən nadir növəm". 

 

Uşaqlıqdan bəri qeyri-adi bədən quruluşuna görə zorakılığa məruz qaldığını da vurğulayır.


Masi boyuna görə üzləşdiyi çətinliklərdən də danışıb. Qız qapıdan içəri keçmək üçün tez-tez əyilməli olur, ictimai nəqliyyatda ayaq üstündə dayana bilmir və özünə uyğun paltar tapmaqda çətinlik çəkir. O, tək cins şalvar tikmək üçün 250 dollara qədər pul xərcləyir.


Bundan əlavə, şəxsi həyatında da çox çətinliklərlə qarşılaşır. Sevgili namizədləri çox vaxt aradakı böyük fərqdən utanırlar, bunu kompleks edirlər. 

 

"İndi kiminləsə tanış olmaqda maraqlı deyiləm. Məndən xeyli qısa olan kişilərlə görüşəndə ​​özümü yersiz hiss edirdim. Onlar da yanımda durmağa utanırdılar" - deyə o etiraf edir.

 

Dünya miqyasında tanınmasına baxmayaraq, qız rekordunu qorumağa çalışmır. Masi deyir ki, kimsə bu titulu ondan alsa, çox xoşbəxt olardı.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...