Nyu-York hava limanları zəlzələyə görə fəaliyyətini dayandırdı

Kateqoriya məlum deyil
T
Zəlzələ ilə əlaqədar Nyu-Yorkun Con Kennedi və Nyuark Liberti hava limanlarında fəaliyyət müvəqqəti olaraq dayandırılıb.
Sfera.az xəbər verir ki, bu barədə Nyu-York qubernatoru Keti Hoçul danışıb.
Siyasətçi qonşu Nyu-Cersi ştatında baş vermiş 4,8 bal gücündə zəlzələni Şərq Sahilində ötən əsrin ən böyük zəlzələsi adlandırıb.
O vurğulayıb ki, səlahiyyətlilər hələ insanların həyatı üçün təhlükə yaradan vəziyyətləri müəyyən etməyiblər, lakin istintaq davam edir.
ABŞ Federal Aviasiya Administrasiyası bildirib ki, fəlakət Nyu-Cersi, Filadelfiya və Baltimordakı hava limanlarının fəaliyyətinə də təsir göstərə bilər.






