Pərəstişkarları Madonnanı məhkəməyə verdi - FOTO

Pərəstişkarları Madonnanı məhkəməyə verdi - FOTO

Xəbər verdiyimiz kimi dekabrın 13-də Bruklində “Barclays Center”də Madonnanın “Qlobal Celebration Tour” çərçivəsində konserti baş tutmuşdu. 

 

Sfera.az bildirir ki, konsertə iştirak edən bəzi pərəstişkarları Madonnanı məhkəməyə verib. Onlar tamaşanın biletlərdə göstərildiyi kimi saat 20:30-da deyil, 22:30-da başlamasından şikayətçi olublar.

 

Pərəstişkarlar həmçinin “Barclays Center” və “Live Nation”ı yalançı reklam, səhlənkar təhrif, ədalətsiz və aldadıcı biznesə görə iddia qaldırıb. 

 

İddiaçılar qeyd ediblər ki, konsertin saat 22:30-da başlayacağını bilsəydilər, bilet almazdılar. Onlar həmçinin bildiriblər ki, şounun gecə saat 1 radələrində bitmə vaxtı nəqliyyat imkanlarının məhdud olması və planlaşdırdıqları vaxtdan gec qalmağa məcbur olmaları ilə nəticələnib. Bu səbəbdən konsert izləyiciləri narahat olub və mənəvi zərər görüb. 


İddiaçılar etiraf edirlər ki, Madonnanın səhhətində problemlər olub. Keçən il o, həyatı üçün təhlükə yaradan bakterial infeksiyadan əziyyət çəkib. Buna görə də konsert tarixləri iyuldan dekabra dəyişdirilməsi anlaşılandır. Lakin pərəstişkarlar konsert axşam gecikmələrə heç bir bəhanəni səbəb kimi görmürlər.

 

Madonnanın vəkilləri isə məsələyə qeyri-adi mövqe bildiriblər. Öz növbəsində vəkilləri Madonnanın konsertlərinin xüsusilə gec başlaması ilə tanındığını bildiriblər.

 

Madonnanın vəkilləri pop Divanın konsertə iki saat gecikməsinə görə iddianın rədd edilməsi barədə vəsatət qaldırıblar. Onlar iddiaçıların konkret olaraq, maddi və ya mənəvi zərərlərinin olmadığını əsas gətiriblər. 

 

Hüquqşünaslar dələduzluq iddiası üçün kifayət qədər əsas olmadığını bildirirlər. Onlar həmçinin iddia edirlər ki, konsertin gec başlamasının konsert izləyicilərinə, o cümlədən iddiaçılara zərər vurduğuna dair heç bir sübut yoxdur. İddiaçılar konsertdən erkən ayrılmaq əvəzinə bütün şounu izləmək üçün gecə yarısına qədər qalıblar.

 

"Pərəstişkarlar ödədiklərini tam olaraq geri alıblar: Pop Kraliçadan tammetrajlı, yüksək keyfiyyətli şou" - deyə vəkillər bildirib.

 

Vəkillər idialarına əlavə olaraq qeyd ediblər ki, konsertdən bir gün sonra Hadden (iddia ilə müraciət edənlərdən biri) “Facebook”da:

 

"1985-ci ildən bəri Madonnanın konsert turlarını heç vaxt qaçırmadığını" - yazıb.


Buna görə də vəkillərin sözlərinə görə, o, konsertlərinin başlama saatlarından dəqiq xəbərdar olub.


Məhkəmə sənədlərinə görə də, həqiqəyən Hadden “Facebook”da şounu tərifləyib və onu "həmişə olduğu kimi inanılmaz!"-olaraq qiymətləndirib. 

 

Gecikməyə baxmayaraq, Madonna 45 mahnıdan ibarət çıxış edərək, çox canlı şou göstərib. Sonradan məlum olub ki, gecikmə texniki problemlərə görə olub. Dəstək üçün səhnəyə çıxmalı olan DJ Honey Dijonun saat 20:30-da səhnəyə çıxması ilə konsert cəmi bir saat gecikib.


Qeyd edək ki, bu fanatların Madonnanın konsertinin gec başlaması ilə bağlı ilk belə məhkəmə iddiası deyil. 2019-cu ildə Floridada Mayami çimərliyindəki konsertin gecikməsinə görə pərəstişkarı məhkəməyə müraciət edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...