\"Trampın yenidən ABŞ prezidenti seçilməsi ehtimalı bizi qorxutmur\" - Ukrayna rəsmisi

\

"Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ehtimalı bizi qorxutmur. Co Baydenin Ukraynaya ayrılması üçün təklif etdiyi 60 milyard dollarlıq yardım paketi Nümayəndələr Palatası tərəfindən qəbul edilməyəcək". 

 

Sfera.az "Politico" qəzetinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirib.

 

Yermak qeyd edib ki, Kiyevə yardım paketinin ayrılması ilə bağlı ABŞ Konqresində müzakirələrin hələ də davam etməsi Ukrayna üçün əlavə çətinliklər yaradır. Çünki  ölkənin təhlükəsizliyini təmin etmək üçün əlavə hava hücumundan müdafiə sistemlərinə ehtiyacları var.

 

Bundan əvvəl Yermak bildirib ki, Ukrayna Silahlı Qüvvələrində silah çatışmazlığı problemi var. ABŞ Konqresində Kiyevə yardım paketinin ayrılması ilə bağlı müzakirələr uzanır və bu da Ukrayna üçün vəziyyətin getdikcə kritik hal almasına səbəb olur.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR