Bu ölkələr Çinə sanksiyalar TƏTBİQ ETDİ - Pekindən SƏRT CAVAB

“ABŞ, Böyük Britaniya və Yeni Zelandiya Çini haker hücumlarında ittiham ediblər”.
Bu barədə Sfera.az-a “Atlas” Araşdırmalar Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, rəsmilərin fikrincə, bu hücumlar adı çəkilən dövlətlərin təhlükəsizliyinə təhdiddir.
““The New York Times” qəzetinin xəbərinə görə, Çin hakerlərinə qarşı ittihamları ABŞ Ədliyyə Nazirliyi hazırlayıb. Vaşinqton və London haker hücumlarında şübhəli bildikləri Çin şirkətlərinə və vətəndaşlarına qarşı sanksiyalar tətbiq ediblər. Vaşinqton və London hesab edir ki, haker hücumlarını Çin Milli Təhlükəsizlik Nazirliyi koordinasiya edir. Pekin bu ittihamları rədd edib. Əksinə, Pekinin iddiasına görə, ABŞ Çinə qarşı kiber hücumları təşkil edib”.
Mərkəz bu istiqamətdə vəziyyətin gərginləşdiyini vurğulayıb:
“Məsələyə Çinin xarici işlər naziri Van Yi də münasibət bildirib. Çin xarici işlər nazirinin sözlərinə görə, Vaşinqtonun ittihamlarının arxasında Çini müxtəlif bazarlardan sıxışdırmaq məqsədi daşıyır. Həqiqətən ABŞ-nin siyasətdə və iqtisadiyyatda əsas rəqibi Çindir. London da Çinə qarşı fəallığını artırıb. Kiber hücumlarla bağlı Çinin Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağrılaraq ona Londonun etirazı bildirilib. Çinin kiber hücumları zamanı Böyük Britaniya parlamentinin deputatlarının şəxsi məlumatlarının əldə etdiyi vurğulanıb. Halbuki, hələ 10 il əvvəl Londonla Pekin arasındakı münasibətlər “qızıl dövrün başlanğıcı” kimi qiymətləndirilirdi. Bu arada, Hindistan da Çinə qarşı eyni ittihamla çıxış edib. Dehli Pekini Hindistanın enerji və hökumətin bilgisayar sisteminə müdaxilədə ittiham edib. Dehli hesab edir ki, Çinin haker hücumları Hindistandakı müxtəlif bilgisayar sistemlərinə zərər vurmaq imkanına malikdir”.
Günay