“Taybey-101” 7,4 ballıq zəlzələyə necə tab gətirib? – İtaliyalı mühəndisin möhtəşəm kəşfi + FOTOLAR

“Taybey-101” 7,4 ballıq zəlzələyə necə tab gətirib? – İtaliyalı mühəndisin möhtəşəm kəşfi + FOTOLAR

Bir neçə gün öncə Tayvanda güclü zəlzələnin baş verməsinə baxmayaraq, binalara olduqca az zərər dəyib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, 7,4 maqnitudalı zəlzələ Tayvanda son 25 ilin ən güclü zəlzələsi olub. Güclü zəlzələyə baxmayaraq, az dağıntı qeydə alınıb və cəmi 10 nəfər dünyasını dəyişib. 


Sfera.az xəbər verir ki, güclü zəlzələ zamanı göydələnlər də salamat çıxıb. Həmin göydələnlərdən biri də “Taybey-101”dir. Göydələn 101 mərtəbədən ibarətdir. 
“Taybey-101” binası dünyanın ən hündür 11-ci binasıdır. Belə hündür binanın güclü zəlzələ zamanı necə salamat qalması hamını düşündürüb. 


Məlum olub ki, göydələnin zədə almamasının səbəbi binanın arxitekturası ilə bağlıdır. Binaya İtaliyada hazırlanan nəhəng kəfkir taxılıbmış. Göydələnin 87-ci və 92-ci mərtəbələri arasında quraşdırılan kəfkir sayəsində 101 mərtəbli bina zəlzələyə tab gətirib.

Bu binada 41 diskdən ibarət və səkkiz hidravlik nasosla dəstəklənən 5,5 metr diametrli kürə yerləşdirilib. Kəfkirin bir hissəsi olan həmin kürə 6,8 bal gücündə zəlzələ zamanı binada baş verən titrəyişləri tarazlayıb.


Hündür binalarda kəfkirin quraşdırılması ideyası ilk dəfə İtaliyanın Padua Universitetinin mülki, struktur və ətraf mühit mühəndisliyi üzrə keçmiş professoru Renato Vitaliani tərəfindən sınaqdan keçirilib. Bu sınağın nəticəsində ixtira qəbul olunub və onu “Fip Mec” şirkəti ilk dəfə tətbiq edib. 


Vitalianinin sözlərinə görə, kəfkir vibrasiyaları tarazlayır və göydələnin dağılmasının qarşısını alır. Vitaliani təxminən on il əvvəl kəfkiri sınaqdan keçirərək, onun seysmik zərbələri və güclü küləyin təsirini balanslaşdırmaq qabiliyyətini müəyyən edib. Çəkisi 660 ton olan kəfkir yerdən 508 metr hündürlükdə “Taybey-101”in zirvəsində quraşdırılıb.


“Tuned Mass Damper” adlanan kəfkir dünyadan ən böyük kəfkirdir və güclü zərbələr zamanı strukturun dağılmasının qarşısını alır. 


Qeyd edək ki, “Fip Mec” 1974-cü ildən bəri körpülərin və binaların mühafizəsi üçün antiseysmik qurğular istehsal edir. Şirkətin “Taybey-101” üçün istehsal etdiyi qurğu binanın əyilməsinə baxmayaraq, onun dağılmasının qarşısını alıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...