Hitlerlə əməkdaşlıqdan futbol formaları ilə bağlı qalmaqala qədər: “Adidas”ın tarixi

Hitlerlə əməkdaşlıqdan futbol formaları ilə bağlı qalmaqala qədər: “Adidas”ın tarixi

Xəbər verdiyimiz kimi, idman geyimləri nəhəngi hesab edilən “Adidas” nasist simvolu ilə bağlı qalmaqalla üzləşib. 

 

Sfera.az bildirir ki, etdiyi səhvə görə Alman futbol komandasının formasını yenidən dizayn etmək məcburiyyətində qalan “Adidas”ın tarixi yenidən diqqət mərkəzinə düşüb.

 

“Adidas” bu yay Almaniyanın ev sahibliyi edəcəyi Avropa Çempionatı ərəfəsində yeni forma buraxsa da, Nasist Partiyasının üzvü tərəfindən qurulan şirkət əvəzində yeni qalmaqala qarışıb.


Qeyd edək ki, “Adidas”ın yaradıcıları nasist olublar. 

 

Sosial media istifadəçiləri 44 rəqəminin Nasist SS birlikləri tərəfindən istifadə edilən "ildırım" loqosu ilə heyrətamiz dərəcədə oxşar olduğunu bildirəndə, “Adidas” əvvəlcə 4 rəqəmlərini yığışdırmağa söz verib. 

 

Lakin artan qəzəb fonunda Almaniya Futbol Assosiasiyası dünən axşam şriftin tamamilə dəyişdiriləcəyini və yenidən dizayn ediləcəyini açıqlayıb.

 

Qeyd edək ki, cəmi bir ay öncə Almaniya milli komandası ilə “Adidas” 1950-ci illərdən bəri davam edən ikonik tərəfdaşlığının sona çatdığını elan etmiş, komanda “Adidas” idman geyimləri üzrə rəqibi “Nike”a yol açdığını elan etmişdi. 

 

“Adidas” yeni formasında dəyişiklik etməklə məşğul olduğu bir vaxtda markanın Nasist Partiyası ilə əlaqələri yenidən diqqət mərkəzinə düşüb. Xatırladaq ki, “Adidas” bu cür mübahisəli mövzulara yad deyil. Brend bir vaxtlar nasist hərbçiləri üçün ayaqqabı istehsal etmiş, sonra isə brendin əməkdaşlıq etdiyi Kanye Uest antisemit bəyanatlarla çıxış edərkən, şirkət çətin vəziyyətə düşmüşdü.


Adolf və Rudolf qardaşları: “Adidas”ın qurucuları

“Adidas”ın qurucusu Adolf "Adi" Dassler Adolf Hitler hakimiyyətə gələndə Nasist Partiyasının üzvü idi. Həm də Milli Sosialist Alman İşçi Partiyasının (NSDAP) üzvü, sonradan “Puma markasını” quran qardaş Rudolf idi.

 

(Ətraflı burada: 
//sfera.az/dunya/195593/adidas-ve-puma-reqabet-yoxsa-nifret/


Rudolf və Adolf 1933-cü ildə Hitler kansler olub hakimiyyətə gələndə NSDAP-a qoşulmuşdular.

 

Həm “Adidas”, həm də “Puma” təkcə idman ayaqqabıları deyil, həm də nasist əsgərləri üçün çəkmələr, eləcə də İkinci Dünya Müharibəsi zamanı cəbhə xəttində istifadə edilən Panzerschreck tank əleyhinə raket atıcıları yaratmışdılar.

 

Onilliklər boyu bir-biri ilə dava edən qardaşlar hətta “Heil Hitler” məktublarına da imza atıblar.


Rudolf və Adi təkcə hakimiyyətin siyasəti altında biznesdə uğurlarını təmin edən Nasist Partiyasına üzv olmaq istəyi ilə deyil, həm də ambisiyaları ilə seçilirdilər.


Rudolf Dassler


"Nasist Olimpiadaları" 1936-cı il Oyunları üçün Almaniyaya gələndə, Amerika olimpiya qaçış ulduzu Cessi Ouensi xüsusi hazırlanmış ayaqqabılar geyinməyə razı salmaq üçün Olimpiya kəndinə girdilər. Ouens ABŞ komandasına dörd qızıl medal gətirdi.


1943-cü ilin dekabrında Hitler mülki şirkətləri müharibə istehsalına çevirdi.

 

İndi Dasslerlər idman ayaqqabıları istehsal etmək əvəzinə öz fabriklərində nasist əsgərləri üçün çəkmələr, həmçinin Panzerschreck bazukaları istehsal edirdilər.

 

1945-ci ildən sonra “Adidas”

Adi, Rudolf və ailələri üçün ən çətin iki il 1945-ci ilin mayında başladı. Müharibə bitdikdən sonra Adi idman ayaqqabılarının biznesini və istehsalını davam etdirmək üçün mübarizə apardı. Onun uğurunda ABŞ hökuməti də maraqlı idi, çünki amerikalılar Almaniya iqtisadiyyatını dirçəltməyə çalışırdılar. 16 aprel 1945-ci ildən bəri Dassler ailəsinin evində yaşayan Amerika zabitləri ilə əlaqələri sayəsində Adi, ayaqqabı istehsalına yenidən başlamaq üçün istifadə edə biləcəyi qalan müharibə materiallarını əldə edə bildi. Təyyarənin yanacaq çənlərindən rezin ayaqqabılar, çadırlardan brezentlər və rezin sallar düzəldirdi. Lakin Adi zavodu 1946-cı ilin yeni böhranından qoruya bilmədi.


Denazifikasiya zamanı o, partiya üzvü kimi təsnif edilib və ona biznes sahibi olmaq qadağan edilib. O, heç vaxt partiyanın fəal tərəfdarı olmadığını onun adından çıxış edən Herzogenaurachın çoxsaylı əməkdaşları və vətəndaşları sayəsində sübut edə bildi. Bir yəhudi dostu and içərək, Adinin onu qəbul edib və nasistlərdən qoruduğunu bildirib. 30 iyul 1946-cı ildə hakimiyyət ittihamları azaldıb. 30 ildən çox bir yerdə işlədikdən sonra 1948-ci ildə qardaşlar ayrıldılar. Elə həmin il Rudi “Puma”nı qurdu və bir il sonra Adi “Adidas”ı buraxdı.

 

Qardaşlar arasında ömürlük ədavət yarandığı güman edilir.

 

Hər iki qardaş xidmətə çağırıldı və Rudolf Gestapoya qoşuldu. Adi cəmi bir il xidmət etdi, qardaşı isə müharibənin sonuna qədər orada qaldı.

 

Rudolf Amerika həbs düşərgəsinə düşəndə ​​qardaşının onu satdığından şübhələnmişdi. Anaları Rudolfun tərəfini tutmuşdu. Beləliklə, qardaşlar aktivləri bölüşmüş və bir daha danışmamışdılar.

 

Alman futbol forması qalmaqalı

 

Ötən günlərdə isə “Adidas” Alman futbol formasını buraxdı və 44 nömrəsinin Nasist SS loqotipi ilə oxşarlığına görə qalmaqalın mərkəzinə düşdü.

 

Qeyd edək ki, İkinci Dünya Müharibəsi zamanı nasistlərin insanlığa qarşı törətdiyi cinayətlərə görə ən çox məsuliyyət daşıyanlar məhz SS bölmələri olub. 

 

İyun və iyul aylarında Almaniya Avropa Çempionatına ev sahibliyi edəcək. Təqdim edilən yeni forma, keçən ay Fransa üzərində 2:0 hesablı yoldaşlıq görüşündə debüt edib. 

"Almaniya Futbol Assosiasiyası 0-9 nömrələrini nəzərdən keçirir və sonra 1-26 nömrələrini UEFA-ya nəzərdən keçirmək üçün təqdim edir. İştirak edən tərəflərdən heç biri köynəklərin dizaynı prosesində nasist simvollarına yaxınlıq görməyib"- deyə Almaniya Futbol Assosiasiyası (DFB) açıqlamasında bildirib.

 

“Lakin, eyni zamanda biz şərhlərə də çox ciddi yanaşırıq və müzakirə üçün forum yaratmaq istəmirik... biz 4 nömrə üçün alternativ dizayn hazırlayacağıq və onu UEFA ilə razılaşdıracağıq”– deyə şirkətdən bildiriblər.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR