Bayden Si Cinpinlə danışıqlar apardı

Bayden Si Cinpinlə danışıqlar apardı
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Co Bayden Çin Prezidenti Si Cinpinlə telefon danışığı aparıb.

 

Sfera.az-ın məlumatına görə, Ağ Ev rəhbəri çinli həmkarına çatdırıb ki, Vaşinqton Pekinin Ukrayna münaqişəsi ilə bağlı Moskvaya göstərdiyi yardımdan narahatdır.

 

“Bayden ÇXR-in Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləməsindən, eləcə də Rusiyaya özünün müdafiə sənayesi bazasını bərpa etməsinə yardım səylərindən narahatlığını ifadə edib”, - məlumatda bildirilib.

 

Öz növbəsində Si Cinpin Tayvan məsələsini Çin və ABŞ arasındakı münasibətlərdə əsas qırmızı xətt adlandırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR