KTMT-dən Paşinyana cavab

KTMT-dən Paşinyana cavab
Kateqoriya məlum deyil
T

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yalnız Ermənistanın sərhədləri daxilindəki ərazini bu ölkənin suveren ərazisi kimi tanıyır".

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə KTMT məlumat yayıb.

 

"2010-cu ildə KTMT tərəfindən imzalanmış qarşılıqlı fəaliyyət prinsipləri haqqında sazişə uyğun olaraq, "məsuliyyət zonası" üzv dövlətlərin suveren ərazisidir. KTMT-nin məsuliyyət zonası dövlət sərhədinin keçdiyi yerdə bitir".

 

Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan bəyan etmişdi ki, əgər təşkilat "KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir" sualına cavab verməsə, İrəvan KTMT-dən çıxacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR