HƏMAS liderinin bacısı həbs edildi – SƏBƏB

HƏMAS liderinin bacısı həbs edildi – SƏBƏB

İsrail HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin bacısı Sabah Abdusselamı saxlayıb. 


Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bununla bağlı məlumat İsrailin KAN dövlət televiziyasında yayımlanıb. 


İsrail qüvvələri Haniyənin bacısını səhər saatlarında həbs edib. Haniyənin bacısı HƏMAS fəalları ilə əlaqələrinin olması, hərəkata rəğbət bəsləməsi və təxribatlar törətməsi ilə bağlı şübhələr olduğundan saxlanılıb. 


Negevdə yaşayan 57 yaşlı Sabah Əbdüsselamın evində sənədlər, rabitə cihazları aşkarlanıb.


HƏMAS hələlik məsələ ilə bağlı açıqlama verməyib.


Vasif
 


OXŞAR XƏBƏRLƏR