2023-cü ildə Dubai Mall-a 105 milyon ziyarətçi gəldi

2023-cü ildə Dubai Mall-a 105 milyon ziyarətçi gəldi

Dubay Mall 2023-cü ildə 105 milyon ziyarətçi qəbul etdiyini açıqlayıb.

 

Sfera.az bildirir ki, ticarət mərkəzinin açıqladığı son statistikaya görə Bu da ötən illə müqayisədə 19% çox deməkdir.

 

Dubayda keçirilən məşhur tədbirlər arasında Dubay Şopinq Festivalı, Dubay Qida Festivalı kimi mühüm təşkilatlar, eləcə də üç gün davam edən böyük endirimlərlə diqqəti cəlb edən tədbirlər var. Bu tədbirlər bir çox ziyarətçi və alış-veriş həvəskarları tərəfindən maraqla izlənilir.

 

Qeyd edək ki, 2022-ci ildə Dubay Mall ticərət mərkəzini 88 milyon insan ziyarət edib. Ticarət mərkəzinin bəyanatında həmçinin bildirilir ki, bu inanılmaz göstəricidən sonra Dubay Mall bütün dünyada ən çox ziyarət edilən məkana çevrilib.

 


OXŞAR XƏBƏRLƏR