Sərnişinləri daşıyan gəmi beton divara çırpıldı

21:30 / 30.03.2024
13894
Bolqarıstanın kruiz gəmisi qəzaya uğrayıb. Gəmi Avstriyada Dunay çayında beton divara çırpılıb.
Sfera.az xəbər verir ki, hadisə zamanı gəminin göyərtəsində 160-a yaxın sərnişin olub. Toqquşma nəticəsində 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan 11-i xəstəxanaya çatdırılıb, onların vəziyyəti orta-ağırdır.
Gəmi Almaniyanın Bavariya şəhərindən Avstriyanın Linz şəhərinə gedirdi.
Toqquşma nəticəsində gəmi ciddi ziyan görməyib. Xəsarət alan sərnişinlər xəstəxanaya yerləşdirildikdən sonra kruiz marşrutunu davam etdirib.
Polis sözçüsü sərnişinlərin aldığı xəsarətlərin dərəcəsinin müəyyənləşdirildiyini bildirib.