Qadın sevgilisinə atdığı mesaja görə həbs edildi - SƏBƏB

Qadın sevgilisinə atdığı mesaja görə həbs edildi - SƏBƏB

İngiltərədə keçmiş sevgilisindən ayrıldıqdan sonra ona yüzlərlə zəng və mesaj "bombası" atan qadının məhkəməsi keçirilib.
 

Sfera.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
 

Mançesterdə yaşayan ispaniyalı Emilio Aquero əvvəllər romantik münasibətdə olduğu 29 yaşlı Houp Şikidən şikayət edib. Kişi Şikini sevməyi dayandırdığı üçün ondan ayrılmaq qərarına gəldiyini deyib. Bundan sonra qadın sosial şəbəkələrdə zəng və mesajlarla onu qorxutmağa başlayıb.
 

Bir gün britaniyalı qadın keçmiş sevgilisinə 12 müxtəlif nömrədən 100 dəfə zəng vuraraq münasibətlərini yeniləməyi tələb edib. Təqiblər iki ay davam edib. Nəticədə Aquero cavab verməyi dayandırıb.


Bundan sonra Şiki ona mesaj göndərib: “Mənim bıçağım var. Mən səni bitirəcəyəm. Biz bir-birimizi görməliyik”.
 

Aquero polislə əlaqə saxlayıb və keçmiş sevgilisinə görə daim qorxu içində yaşadığını bildirib. Xüsusən də evdən çıxmağa qorxduğunu deyib. O, harasa getməli olsa, küçədə Şiki ilə qarşılaşmamaq üçün arxa qapıdan istifadə etdiyini dilə gətirib.
 

Məhkəmədə qadın günahını tamamilə etiraf edib. O, məcburi psixiatrik müayinədən keçmək şərti ilə bir il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, Şikiyə bir il ərzində Aquero ilə hər hansı əlaqə qadağan edilib.



İnci
sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka diyarında 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin m...

Bu ərazilərdə qaz olmayacaq

Bakı və Sumqayıtın bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   "Azəriqaz"dan Sfera.az-a verilən məlumata görə, Qaradağ r...

Kapital Bank-ın 30 mln. manat həcmində istiqraznın abunə yazılışı başladı

7 may 2025-ci il tarixində Kapital Bank-ın 30 milyon manat həcmində istiqrazlarının abunə yazılışına bankın filial və şöbələrində start verilib. İstiqraz sahibi...

Azərbaycanda məşhur tiktoker insan alverində İTTİHAM EDİLİR - DETALLAR

Məşhur tiktoker Mahirə Marandskayanın cinayət iş üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.   Sfera.az məlumat verir ki, t...

Müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır.   Bu barədə Sfer...

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.   Sfera.az xəbər verir ki, bu gün yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start ver...