Rumıniyada pilotsuz təyyarə qəzaya uğradı - Rusiyaya məxsus olub-olmadığı araşdırılır

Rumıniyada Böyük Braila adası ərazisinə pilotsuz təyyarə düşüb. İHA-nın düşməsi nəticəsində partlayış baş verməyib.
Sfera.az bildirir ki, ölkə hökuməti araşdırmanın nəticələrini gözləməyə çağırıb.
Rumıniyanın baş naziri Marsel Çiolaku pilotsuz təyyarənin Rusiya Silahlı Qüvvələrinin Ukraynaya hücumu zamanı düşməsi ilə bağlı məlumatı təsdiq və ya təkzib edə bilməyib.
Onun sözlərinə görə, hadisə yerindən çəkilmiş kadrlardan görünür ki, düşmə nəticəsində heç bir partlayış olmayıb və pilotsuz təyyarə başqa yerə düşsəydi belə, ciddi ziyan vurmazdı. Bunun Rusiyaya məxsus pilotsuz təyyarə olub-olmadığı barədə suala, Ciolaku araşdırmanın nəticələrini gözləməyə çağırıb.
"Müdafiə naziri ilə danışmışam. Dünən axşamdan istintaq davam edir. Bu, birinci belə hal deyil. İstərdim ki, sonuncu dəfə olsun" deyə Colaku bildirib.
Rumıniyanın baş naziri əlavə edib ki, insident nəticəsində itki yoxdur.
Xatırladaq ki, Rumıniya MN uçan aparatın kənd təsərrüfatı sahəsinə düşdüyünü təsdiqləyib. Yerli sakinlərin qəribə səslər eşitdiyi iddia edilir. Sakinlər həmçinin dronun göydən düşdüyünü əks etdirən videolar da yayıblar.
Aysel
Sfera.az