Əli bombalı kişi kafedə insanları girov götürdü - FOTO

Əli bombalı kişi kafedə insanları girov götürdü - FOTO

Hollandiyanın Ede şəhərindəki kafedə maskalı şəxs insanları girov götürüb. O, çantasında bomba olması ilə hədələyir, lakin polis onun hərəkətlərində terror əlamətinin olmadığını bildirir. 


Sfera.az xəbər verir ki, naməlum maskalı şəxs həftə sonları gecə yarısına qədər açıq olan “Petticoat” kafesində insanları girov götürüb.

 

Hadisə yerinə yaxın 150 ev boşaldılıb, polis kafeyə bomba zərərləşdirici qrup göndərib.


Həmin şəxs bir neçə saat insanları girov saxlayıb və çantasındakı bombanı partlatmaqla hədələyib. Polis kafeyə bomba dəstəsi göndərib, müəssisənin yaxınlığındakı 150 evdən yerli sakinlər təxliyə edilib.

 

Yerli medianın son məlumatında, polis indi yalnız bir nəfərin girov olduğunu iddia edir. 3 nəfər müəssisədən çıxarılıb. Hadisə yerinə təcili tibbi yardım və xüsusi təyinatlı polis dəstələri cəlb olunub.

 

Xatırladaq ki, martın 22-də axşam saatlarında bir qrup şəxs Moskvada yerləşən “Krokus Siti”nin binasına soxularaq atəş açmağa başlayıb. Terror aktının baş verdiyi yerdə artıq yüzdən çox ölü və 200-dən çox yaralı tapılıb.


Türkiyənin mətbuatında verilən məlumatda,  “Krokus Siti”dəki terror aktında təqsirləndirilən iki nəfər (Fəridun Şəmsiddin və Səidəkrami Rəçabalızoda)  yanvardan mart ayına qədər İstanbulun mərkəzi Fatih və Şişli rayonlarındakı otellərdə yaşayıblar. Fəriduni dindirmə zamanı vizası bitdiyi üçün Türkiyəyə getdiyini deyib. Hər iki şübhəli martın 2-də eyni reyslə Moskvaya uçub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR