Tom Kruz rus qadını niyə tərk edib? - FOTO

Amerikalı aktyor Tom Kruz rus qadın Elsina Xairovadan ayrılıb.
Sfera.az bildirir ki, buna səbəb qadının keçmiş həyat yoldaşı, rusiyalı oliqarx Dmitri Tsvetkov olub. Qeyd edək ki, aktyorun Elsina Xairova ilə münasibəti 2024-cü ilin əvvəlində məlum olub. Artıq fevral ayında cütlüyün ayrıldığı bildirilir.
Aktyora yaxın mənbənin sözlərinə görə, Tsvetkovun məşhur nəşrə verdiyi müsahibə bunda mühüm rol oynayıb.
Müsahibədə oliqarx Tom Kruza pulundan muğayat olmasını tövsiyə edib. Oliqarx, keçmiş həyat yoldaşının maraqlandığı tək şeyin bu olduğunu iddia edib. O, həmçinin Hollivud aktyorunun sadiq pərəstişkarı olduğunu və onun daim filmdə oynamasını istədiyini etiraf edib.
Qeyd edək ki, Tom Kruz və Xairova ilk dəfə 2023-cü ilin dekabrında Böyük Britaniyanın Mayfair şəhərində keçirilən əyləncə gecəsində tanış olublar. Aktyor uşaqları ilə tanış olduqdan bir neçə gün sonra cütlük ayrılıb.
Bildirilib ki, Tom Kruz münasibətdən soyuyub, lakin Londonda eyni evdə yaşadıqları üçün rus qadınla dost qalmaq istəyib.
Qeyd edək ki, Xairovanın rus oliqarx və almaz taciri Dmitri Tsvetkovla evliliyindən bir oğlu və bir qızı var.
O, həmçinin 5 milyard funt-sterlinq sərvəti olan rusiyalı siyasətçi və Putinin yaxın müttəfiqi Rinat Xairovun qızıdır.
Aysel
Sfera.az