Tacikistanda “Crocus”dakı terror aktı ilə əlaqəli 9 nəfər SAXLANILDI
Kateqoriya məlum deyil
Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları “Crocus City Hall”da terror aktı və “İslam Dövləti” terror təşkilatının qolu olan “Xorasanda İslam Dövləti” qruplaşması ilə əlaqəsi olduğu iddia edilən 9 nəfəri saxlayıb.
Sfera.az xəbər verir ki, bu barədə "Reuters" Tacikistanın güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 9 nəfərin hamısı martın 25-də Vəhdət şəhərində saxlanılaraq Düşənbəyə aparılıb.






