ABŞ: "Çin Tayvanla güc yolu ilə birləşmək istəmir"

ABŞ: "Çin Tayvanla güc yolu ilə birləşmək istəmir"
Kateqoriya məlum deyil
T

Çin Tayvanla güc yolu ilə birləşmək istəmir.


Sfera.az-ın məlumatına görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.

 

“Demək istədiyim odur ki, əksər ölkələr müharibədə iştirak etmək istəmir”, - o, Vaşinqtonda yerləşən həbri icmalçılarla görüşdə deyib. Braunun sözlərinə görə, məqsədlərə çatmaq üçün başqa vasitələr varsa, o zaman onlar belə siyasi və diplomatik vasitələrdən istifadə edirlər.

 

"Mən hələ də buna inanıram", - hərbçi Pekinin həqiqətən Tayvana qarşı güc tətbiq etmək istəmədiyi barədə əvvəlki şərhlərinə istinadən deyib. "Mən Çin Xalq Respublikası ilə münaqişənin qaçılmaz olduğunu düşünmürəm", - o vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR