Xarici jurnalist: "Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib"

Xarici jurnalist:

Fransa hətta coğrafi baxımdan ondan uzaq olan ölkələrə belə maraqlarını zorla qəbul etdirməyə çalışır.

 

Sfera.az xəbər verir ki, bu barədə jurnalist Şuayb Baqadinin Mərakeşin “Ouma Press” nəşrində dərc olunan məqaləsində qeyd edilib.

 

Onun sözlərinə görə, Fransa yeganə məqsədi həqiqəti təhrif etmək, təqsirləndiriləni qurbana çevirmək olan təbliğat kampaniyası təşkil etmək üçün öz “media lobbisindən” istifadə etməkdən çəkinmir.

 

Ş.Baqadi buna misal olaraq Qarabağın Ermənistan tərəfindən 30 ildən artıq davam edən işğalını göstərib: “Lakin Azərbaycan ərazilərini azad etdikdən sonra bu ölkə Fransa mətbuatında təcavüzkar kimi təqdim olunmağa başlanılıb”.

 

Jurnalist qeyd edib ki, Fransa mediasının rolu işğal, müstəmləkəçilik, dağıntı və soyqırımı qurbanı olmuş şəxslərə qarşı düşmənçilik münasibəti ifadə etməkdir: “Çünki onların maraqları bu faciəli hadisələrə səbəb olan ölkə vətəndaşlarının əhəmiyyətli bir hissəsi ilə bağlıdır”.

 

Onun fikrincə, Azərbaycana səfər ona həqiqəti gözləri ilə görməyə imkan verib: “Bu, regiona vurulan zərbənin və onun əhalisinin ağrı və iztirablarının miqyasını anlamaq üçün kifayət edirdi”.

 

Şuşaya və Ağdama səfər edən, regionun bərpasının sürətini görən Ş.Baqadi Qarabağın gələcəyinə dair narahat olmadığını vurğulayıb. Jurnalist beynəlxalq medianı ədalət prinsipinə əməl etməyə və kənar təsirlərə məruz qalmamağa çağırıb.


OXŞAR XƏBƏRLƏR

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...