Bu şəxslər hava limanına daxil ola bilməyəcəklər – Rusiyadan MARAQLI QƏRAR

Bu şəxslər hava limanına daxil ola bilməyəcəklər – Rusiyadan MARAQLI QƏRAR

Beynəlxalq Hava Limanları Assosiasiyası (IAA), PCT və Ümumrusiya Sərnişinlər Assosiasiyası Rusiya hökumətindən sərnişinləri qarşılayanların və yola salanların terminallara girişini qadağan etməməyi xahiş edib. 


Sfera.az xəbər verir ki, bu barədə “Kommersant” yazır. 


Yeni qaydalar 2024-cü ilin sentyabrın 1-dən qüvvəyə minəcək. 


Beynəlxalq Hava Limanları Assosiasiyasının Nəqliyyat Nazirliyinə göndərdiyi məktubda qeyd olunur ki, yenilik səbəbindən bileti olmayan şəxslər yaşlıları, əlilləri, habelə müşayiət olunmayan uşaqları yola sala bilməyəcəklər. IAA onu da əlavə edib ki, terminallara biletsiz giriş qadağası səbəbindən hava limanlarında mağazaların, bankların, apteklərin və iaşə obyektlərinin dövriyyəsi azalacaq. Beynəlxalq qurum bu səbəbdən hava limanlarının qeyri-aviasiya gəlirlərinin 20 faizdən 50 faizədək azalacağını təxmin edir. 


Nəqliyyat Nazirliyinin Rusiya hava limanlarında təhlükəsizlik tələblərini sərtləşdirmək istəməsi faktı fevral ayında məlum olub. “Kommersant” yazır ki, bu qərar terror aktlarının qarşısını almaq məqsədilə qəbul edilib. Nəşrin hava limanlarındakı mənbələrindən biri deyib ki, bu qadağa girişdə növbələrə səbəb olacaq, həm də təhlükəsizlik vəziyyətini daha da pisləşdirəcək. Qəzetin şərhində o da qeyd edilir ki, bu tədbir görülməsə, terror aktı törətmək istəyən şəxslər məqsədlərinə çatmaq üçün bilet almaq bəhanəsilə hava limanına daxil olacaqlar.


Vasif


OXŞAR XƏBƏRLƏR

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...