Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi
Kateqoriya məlum deyil
T

“Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və üçtərəfli işçi qrup da daxil olmaqla yaradılmış üçtərəfli formatlar arasında qarşılıqlı fəaliyyəti bərpa etməyə çağırırıq”.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün brifinqdə deyib.

 

“Biz tərəfləri bu mövzuda maksimum təmkinli olmağa və aqressiv ritorikadan çəkinməyə çağırırıq. Bütün ərazi mübahisələri və qarşılıqlı iddialar müstəsna olaraq siyasi-diplomatik yolla və yalnız siyasi-diplomatik üsullarla həll edilməlidir. Bu kimi məsələlər, o cümlədən anklavların qaytarılması və dəyişdirilməsi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll olunmalıdır.

 

Biz öz tərəfimizdən Rusiyada mövcud olan unikal kartoqrafik materialları və təcrübəni nəzərə alaraq bu işə maksimum köməklik göstərməyə hazırıq”, - o qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR