Bu peyklər hərbi məqsədlər üçün hazırlanıb? - AÇIQLAMA

Dünya
16:12 / 27.03.2024
5461
Çin "Yünhay-2" peyklərinin üçüncü qrupunu kosmosa göndərib.
Sfera.az xəbər verir ki, “Yünhay-2 03” peykləri “Long Mart 6” raketi ilə ölkənin şimalındakı Şansi əyalətindəki Tayyüen Peyk Mərkəzindən orbitə buraxılıb. Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası (SAST) hazırladığı peyklərin elmi araşdırmalar və fəlakətlərin qarşısının alınması məqsədi ilə olduğunu bildirsə də, bəzi qərbli ekspertlər peyklərin hərbi məqsədlər üçün hazırlandığını iddia ediblər.
Qeyd edək ki, “Yünhay-2” peyklərinin birinci qrupu 2018-ci ildə, ikinci qrupu isə martın 21-də kosmosa buraxılıb.
Ülkər Abdurahmanlı