1,13 milyard dolların sahibi tapılıb - Onu dörd ay axtarıblar

ABŞ-də keçirilən lotereyalar tarixində beşinci ən böyük uduşun sahibi tapılıb. Uduşun qalibi 4 ay axtarılıb.
Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı CNN yayıb.
CNN-in məlumatına görə, ən böyük cekpotun verildiyi "Mega Millions" lotereyasının qalibi Nyu Cersidən olan şəxsdir. Cekpotu qazandıran nömrələr isə 7, 11, 22, 29, 38 və 4 olub.
Ölkənin müxtəlif bölgələrindən olan 13 bilet sahibi çəkilən ilk 5 topun nömrələrini uyğunlaşdırmaqla ən azı 1 milyon dollar məbləğində mükafat qazanıb. Nyu Yorkda bir nəfər 2 milyon dollar alıb. Əsas uduşun sahibi isə bir neçə ay axtarılıb.
ABŞ qanunlarına əsasən, cekpotun qalibi mükafatın mərhələli şəkildə ödənilməsini istəyərsə, 1,13 milyard dollar vəsait əldə edəcək. Əgər qalib olan şəxs mükafatı birdəfəlik almaq istəyərsə, ona 537,5 milyon dollar ödəniləcək.
ABŞ-nin 45 ştatında, paytaxt Vaşinqtonda və Virciniya adalarında oynanan “Mega Millions” oyununda cekpot 2023-cü ilin dekabrın 8-də udulub.
Vasif