Rusiyada növbəti terror aktının qarşısı ALINDI

Rusiyanın Krasnodar şəhərində polis və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları dəmir yolunda akkumulyator şkafını yandırmaqda şübhəli bilinən 4 nəfəri saxlayıblar.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Cənub Federal Dairəsindən məlumat verilib.
Faktla bağlı terror aktına cəhd maddələri ilə cinayət işi başlanıb. Əgər həmin şəxslərin günahı sübuta yetirilərsə, onları 20 ilə qədər həbs cəzası gözləyir.
Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı açıqlamasına görə, akkumulyator şkafı dəmir yolu infrastrukturunun təhlükəsiz və səmərəli işləməsi üçün nəzərdə tutulmuş məntəqədir. Saxlanılan şəxslər akkumulyator şkafını yandırmaqla qatarların hərəkətində problem yaratmaq istəyiblər. Məlumata görə, onların bu cəhdi nəticəsiz qalıb.
Vasif