Bu ölkə də eynicinsli nikahları TANIYACAQ

13:48 / 27.03.2024
6503
Tailandın Milli Assambleyası (parlamentin aşağı palatası-red.) eynicinsli nikahların tanınması haqqında qanun layihəsini təsdiqləyib.
Sfera.az xəbər verir ki, bu barədə Tailandın “Thairath” qəzeti məlumat yayıb.
Tailand Konstitusiyasına əsasən, qanunun qüvvəyə minməsi üçün parlamentin yuxarı palatası olan Senat da layihəni təsdiqləməlidir. Bundan sonra qanun layihəsi dövlət başçısı Tayland kralı Maha Vajiralonqkornun (Rama X) təsdiqini almalıdır.
Qanun layihəsi təsdiqlənmənin bütün mərhələlərini keçərsə, Tailand Cənub-Şərqi Asiyada (ASEAN) eynicinsli nikahları qanuniləşdirən ilk ölkə olacaq.
Vasif