Maduro sui-qəsdə məruz qaldığını açıqladı

Dünya
22:30 / 26.03.2024
5805
Venesuela Prezidenti Nikolas Maduroya qarşı sui-qəsdin qarşısı alınıb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu prezident özü ölkənin paytaxtı Karakasda keçirilən mitinqdə deyib.
"Bu gün iki silahlı şəxs burada mənə qarşı sui-qəsd təşkil etməyə hazırlaşıb. Onlar saxlanılıb və ifrat sağçı Vente Venesuela partiyasının üzvləri olduqlarını etiraf ediblər",- o bildirib.
Qeyd edək ki, bundan əvvəl Karakas hakimiyyəti Maduroya hücum etmək üçün mitinqə partlayıcı qurğu gətirmiş üç nəfərin saxlanıldığını bildirmişdi.
Firuzə Əliyeva