Ronaldo 2 milyon avroluq yeni “Ferrari”ni nümayiş etdirdi - VİDEO

Ronaldo 2 milyon avroluq yeni “Ferrari”ni nümayiş etdirdi - VİDEO

Kriştiano Ronaldonun kolleksiyası daha bir bahalı avtomobillə tamamlanıb. Bu dəfə portuqaliyalı ulduz futbolçu məhdud buraxılışlı “Ferrari SP3 Daytona” alıb.

 

Sfera.az bildirir ki, Ronaldonun avtomobilinin videosu İnstaqramda avtomobil səhifələrinin birində yayımlanıb.


Ronaldo Lissabonun mərkəzində “Ferrari Daytona SP3” avtomobili sürərkən lentə alınıb. “Əl Nəsr” klubunun hücumçusu yeni avtomobili ilə bahalı otelə gedib.

 

Bildiyimiz kimi, Ronaldonun çox böyük ekzotik avtomobil kolleksiyası var. Onların ümumi dəyəri 100 milyon dolları ötür. Portuqaliyalı futbolçunun kolleksiyasına “Bugatti Centodieci”, “Veyron”, “Chiron”, “McLaren Senna”, “Rolls-Royce Dawn” və “Cullinan”, “Ferrari Monza” daxildir.


“Ferrari Daytona SP3” isə retro dizaynlı məhdud buraxılışlı orta mühərrikli kupedir. O, 60-cı illərin “Ferrari 330 P3/P4”ün müasir versiyası adlanır.

 

“Ferrari Daytona SP3” karbon lifli 840 at gücünə malik, yüksək dövrəli 6,5 litrlik V12 mühərriki ilə təchiz edilib. O, 2,85 saniyəyə 100 km/saat sürət yığır, maksimal sürəti 340 km/saat təşkil edir. Bu avtomobillərdən yalnız 599 ədəd istehsal olunub, qiyməti isə 2 milyon avro dəyərindədir.

 

Aysel

Sfera.az
 

 


OXŞAR XƏBƏRLƏR