Üç kilometrlik avtomobil körpüsü uçdu - İtgin düşənlər var

Üç kilometrlik avtomobil körpüsü uçdu - İtgin düşənlər var

ABŞ-da Baltimorda Frensis Skott körpüsü uçub. 

 

Sfera.az bildirir ki, martın 26-na keçən gecə çox tonluq konteyner gəmisi körpüyə çırpılıb. Nəticədə gəmi alovlanaraq batıb. Xilasedicilər suda 7 nəfəri tapmağa çalışsa da, qurbanların sayı daha çox olduğu ehtimal edilir. Bir neçə saniyə ərzində körpü suya düşüb. “The Guardian” ABŞ-da fövqəladə vəziyyət barədə məlumat yayıb.

 

Körpünün bütövlükdə yox, bir hissəsinin dağıldığı bildirilir, zədələnmiş hissənin dəqiq uzunluğu hələlik məlum deyil. Gəmi dayağa çırpılan zaman bir neçə avtomobil suya düşüb. İki 

 

Baltimor meri Brandon M. Scott və şəhər İcra başçısı Conni Olszewski, hadisə yerinə müvafiq xidmətlərin gəldiyini və xilasetmə işlərinin davam etdiyini bildirib. 


Müşahidə kamerasına düşən videoda hadisənin təfərrüatları aydın görünür. Konteyner gəmisinin sürüşmədən və əyləcdən istifadə etmədən körpünün dayağına doğru getdiyi görünür. Bundan sonra gəmi suya çökür. Sonra baş verən yanğın və daşqın səs yazısına daxil edilməyib.


Qeyd edək ki, Francis Scott körpüsünə çırpılan gəmi “Maers”ə məxsus, Sinqapur bayrağı altında üzəm 300 m uzunluğunda Dali konteyner gəmisidir. Gəmi Şri-Lankaya gedib.


Yanğınsöndürmə idarəsinin sözçüsü Kevin Kartrayt da hadisə barədə şərh verib. Onun sözlərinə görə, xilasedicilər hadisədən zərər çəkən 7 nəfərin taleyini öyrənməyə çalışırlar. Hazırda suda axtarış-xilasetmə işləri aparılır. O, hələlik neçə qurban olduğu barədə dəqiq məlumatın olmadığını da qeyd edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...